Accessibility links

Prezident Obama 24 aprel münasibətilə bəyanat verib


ABŞ prezidenti Barak Obama bu gün verdiyi bəyanatla Osmanlı İmperatorluğunun son illərində qətlə yetirilən ermənilərin xatirəsini yad edib. ABŞ prezidenti bəyanatında soyqırım sözündən istifadədən imtina etsə də, ermənicə "Böyük fəlakət" mənasını verən və ermənilərin 15-ci il hadisələri üçün işlətdikləri "Meds Yeghern" sözünü dilə gətirib.

Bəyanatda deyilir ki, hər il biz Osmanlı İmperatorluğunun son illərində qətliama məruz qalan və ya ölümə göndərilən 1.5 milyon erməninin xatirəsini yad edirik. Prezident Obama bəyanatında 1915-ci il hadisələri barədə şəxsi fikirlərinin dəyişmədiyini və tarixi həqiqətlərin qəbul edilməsinə ehtiyac olduğunu bildirdi. Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması səylərini dəsdəklədiyini deyən prezident Obama bu prosesin nailiyyətlə başa çatması arzusunu ifadə edib.

Bu arada Yerevanda Osmanlı İmperatorluğunun son illəri baş verən erməni təhcirinin 94-cü ildönümü hadisənin qurbanlarının xatirəsi anılıb. Anım mərasimində çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, o zamankı qətllərin genosid kimi tanınması səyləri türk xalqına qarşı yönəlmiş bir fəaliyyət deyil. O, bunu tarixi ədalətin bərpası kimi qələmə verib. Ermənilər 1915-23-cü illərdə 1.5 milyon erməninin türklər tərəfindən öldürüldüyünü deyərək, bunun genosid kimi tanınmasına çalışır.

XS
SM
MD
LG