Pakistanın şimal-qərb mahalın baş idarəçisi Seyid
Məhəmməd Cavad bildirir ki, Taliban yaraqlıları Buner mahalından çıxıb əvvəlki
istehkamları olan Svat vadisinə qayıdıblar. Yerli rəsmilər isə deyirlər ki,
taliban yaraqlıları küçələrdə keşik çəkmədikləri təqdirdə Bunerdəki bazada qala
bilərlər. Mahalda taliban yaraqlıları
keçid məntəqələri inşa etdikdən sonra, Pakistan hökuməti bölgədə yüzlərlə yarı
hərbi qüvvə yerləşdirib. Rəsmilər
həmçinin bildirirlər ki, taliban yaraqlıları paytaxt İslamabadın 100
kilometrliyində yerləşən Şanqla mahalının yaxınlığına daxil olub. Birləşmiş
Ştatlar taliban yaraqlılarının son irəliləyişlərindən narahatlığını bildirib. Rəsmilər deyirlər ki, Pakistan hökuməti ilə şimal-qərbdəki
Malakand rayonunun taliban yaraqlıları arasında bağlanılan sülh müqaviləsi yaraqlıları ruhlandıra bilər.