Accessibility links

İraqda 60 nəfər həlak olub


İraq polisi deyir ki, bu gün Bağdadda iki intiharçı hücumu nəticəsində ən azı 60 nəfər həlak olub, 100-dən çox insansa yaralanıb. Rəsmilərin sözlərinə görə, hər iki bomba hücumu Bağdadın Kazımiyyə məhəlləsindəki məsciddə baş verib. Dünən Bağdadda iki terror aktı nəticəsində 78 nəfər həlak olmuşdu. Bu son bir ildə baş verən ən ağır hücumlardan biri idi. Diyala vilayətində partlayış nəticəsində 47 nəfər həlak olub. Onların çoxu İranlı şiə zəvvarlardır. “Associated Press” bildirir ki, İraq hökumətinin hesablamalarına görə, 2005-ci ildən bəri 87 min iraqlı ölüb.
XS
SM
MD
LG