Accessibility links

Şimali Koreya nüvə faəliyyətini bərpa edir


Şimali Koreya bildirir ki, ölkə silah dərəcəli plutonium istehsal etmək üçün fəaliyyətlərini bərpa edib. Şimala məxsus rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin bildirdiyinə görə, bu addım özünü-müdafiə qabiliyyətini artıra bilər. Bu, habelə, düşmən qüvvələrin artan təhdidlərin öhdəsindən gəlməkdə kömək edəcək. Rəsmi qəzət yazıb ki, ABŞ və ya onun müttəfiqlərinin Şimalın bir qarış torpağına toxunacağı təqdirdə misli görünməmiş hücum həyata keçirməyə söz verib. İraq paytaxtı Bağdadda danışan ABŞ dövlət katibi Hillari Klinton isə Şimali Koreyanı nüvə danışıqlarını bərpa etməyə çağırıb.
XS
SM
MD
LG