Accessibility links

Pakistan yaraqlılara qarşı yeni  hücumlara başlayır


Pakistan ordusu bildirir ki, təhlükəsizlik qüvvələri bu gün ölkənini şimal-qərbində yeni hücumlara başlayıb. Bu, Taliban yaraqlılarının paytaxt yaxınlığındakı rayonu müvəqqəti ələ keçirməsindən bir neçə gün sonra baş verib. Ordu rəsmilərinin məlumatına görə, Aşağı Dir rayonunda döyüşlər intensivləşib və toqquşma zamanı yaraqlıların komandiri də daxil olmaqla çoxsaylı terrorçu öldürülüb. Ordu azı 1 əsgərin də həlak olduğunu xəbər verir. Aşağı Dir rayonu Şimal-Qərb Sərhəd Vilayətinin Malakand bölgəsində yerləşir. Pakistan prezidenti Asif Əli Zərdari Taliban yaraqlıları ilə mübahisəli sülh razılaşmasının bir hissəsi kimi Malakand ərazisində Şəriət qanunlarının tətbiqinə razılıq verib.

XS
SM
MD
LG