Accessibility links

Dövlət katibi Klinton ABŞ-ın Livana dəstəyi davam etdirəcəyini deyib


ABŞ Dövlət katibi Hillari Klinton Livanı əmin edib ki, Birləşmiş Ştatlar Suriya ilə dialoqu açsa da, bu ölkəyə dəstək verməyə davam edəcək. Bu gün Beyrutda Livanın prezidenti Mişel Süleymanla görüşdən sonra xanım Klinton ABŞ-ın Livanda mötədil səslərə dəstəyini davam etdirəcəyini deyib. O bildirib ki, Birləşmiş Ştatlar Suriya ilə heç bir vaxt Livan, ya da onun xalqına zərər vura biləcək razılığa getməyəcəyini bəyan edib. Dövlət katibi Klinton habelə Livanda açıq və ədalətli seçkilərə çağırıb.

Livanın qanunvericilik orqanına seçkilər iyun ayının 7-ə təyin olunub. Ölkədə yaraqlı şiə müsəlman qrup olan Hizbullaha seçki öncəsi dəstəyin artdığı müşahidə olunur.

Vaşinqton Hizbullahı terror təşkilatı kimi tanıyır. ABŞ rəsmiləri Birləşmiş Ştatların Livanla bağlı siyasətini seçkinin nəticələrindən asılı olaraq nəzərdən keçirəcəklərini bildiriblər.

XS
SM
MD
LG