Accessibility links

Meksikada donuz qripindən ölənlərin sayı artır


Meksikanın Səhiyyə naziri ölkədə donuz qripinin 81 insanın ölümünə səbəb olduğunu deyib.Xose Angel Kordovaölənlərin sayını hökumətin məktəblər və paytaxt Mexiko ətrafında ərazilərin bağlanması haqda göstəriş verdiyi zaman açıqlayıb.Meksika və Birləşmiş Ştatlarda daha artıq ölüm halının qeydə alınması ilə Ümumdünya Səhiyyə təşkilatı beynəlxalq səviyyədə həyəcan qaldıraraq, xəstəliyin virusunun epidemiya yarada biləcəyi haqda xəbərdarqlıq edib.Birləşmiş Ştatların Xəstəliklərə nəzarət mərkəzinin direktor müavini Ann Şuçat deyib ki, rəsmilər xəstəliyin virusunun yayılmasının qarşısını ala bilmir.Yeni Zelandiyanın səhiyyə naziri bildirib ki, bu yaxınlarda Meksikoda olan 10 tələb belə görünür donuz virusuna yoluxublar. Meksika rəsmiləri təxminən 1300 nəfərin virusa yoluxduğunu bildiriblər.Birləşmiş Ştatlarda virusa 11 adamın yoluxduğu bildirilir.


XS
SM
MD
LG