Accessibility links

Birləşmiş Ştatlar donuz qripi ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib


Birləşmilş Ştatlar donuz qripinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Daxili Təhlükəsizlik naziri Canet Napolitano deyib ki, bu addım rəsmilərə virusun qarşısını almaq üçün maliyyə fondları və ehtiyatlar ayrıla bilməsinə imkan yaradacaq.Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzinin direktoru vəzifəsini icra edən doktor Riçard Besser deyib ki, ABŞ-ın beş ştatında indiyə qədər 20 donuz qripi halı qeydə alınıb. Bunlar Texas, Kaliforniya, Nyu York, Kanzas və Ohayo ştatlarıdır.Rəsmilər qarşıdan gələn günlər ərzində daha çox halın qeydə alınacağını gözləyirlər.

XS
SM
MD
LG