Accessibility links

Dünya Səhiyyə Təşkilatı donuz qripi epidemiyasının beynəlxalq ictimai səhiyyə qəzası olduğunu deyir


Bütün dünya boyu hökumətlər Kanadadan Yeni Zelandiyayadək yayılmış potensial donuz qripi epidemiyasının qarşısını almağa çalışırlar. Dünya Səhiyyə Təşkilatı virusu epidemiya pontesiallı beynəlxalq ictimai səhiyyə qəzası kimi dəyərləndirir. Beynəlxalq Qırmızı Xaç Təşkilatı rəylə razılaşdığını və təhlükənin qarşısını almaq üçün bütün resursları səfərbər edəcəyini bəyan edib. Xəstəliyin episentri olan Meksikada səhiyyə rəsmiləri indiyədək donuz qripinin 103 adamı öldürdüyünü, 1600 adama yoluxduğunu xəbər verir.

Bu gün Avropa Komissiyası donuz qripinin törətdiyi təhlükələri müzakirə etmək üçün Avropa Birliyi nazirlirəinin fövqəladə iclasını keçirib. Səhiyyə komissiyası qripin aşkar olunduğu ərazilərə səyahət etməməyi tövsiyə edib. Günün əvvəlində İspaniyada ilk donuz qripi halı qeydə alınıb.

ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlar ölkədə donuz qripi hallarını yaxından izləyir, lakin vəziyyət həyəcan doğuracaq səviyyədə deyil.Cənab Obama bu açıqlamaları dünya ölkələrində xəstəliyin epidemiyaya çevrilməsinin qarşısını almağa çalışdığı vaxt bu gün Vaşinqtonda verib.Birləşmiş Ştatlar rəsmiləri federal maliyyədən və virusun qarşısını almaq üçün resurslardan istifadə etməsinə vermək məqsədilə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.Cənab Obama deyib ki, bu addım ehtiyat tədbirləri çərçivəsində atılıb.

XS
SM
MD
LG