Accessibility links

Türkiyə Suriya ilə birgə hərbi təlimlərə başlayıb


Türkiyə və Suriyanın hərbi birləşmələri iki ölkənin ortaq sərhədləri boyunca birgə hərbi təlim keçirirlər.

Türkiyə hərbçilərinin məlumatına görə, bu gün başlayan təlimlər üç gün çəkəcək.

Təlimin məqsədi sərhəddə təhlükəsizliyi artırmaqdır.

Türkiyə və Suriya arasında münasibətlər 1990-cı illərdə, Kürdüstan Fəhlə Partiyasının lideri Abdulla Öcalanın Suriyada sığınacaq aldığı vaxt gərginləşmişdi.

Ankaranın etirazından sonra Dəməşq Öcalanı ölkədən xaric edib və o, 1999-cu ildə Keniyada yaxalanıb.

XS
SM
MD
LG