Accessibility links

Rusiya NATO-nun Gürcüstandakı təlimlərinı müşahidə etməyəcəyini bildirib


Rusiyanın bildirdyinə görə o, öz nümayəndələrini NATO-nun gələn ay Gürcüstanda keçiriləcək hərbi təlimlərini müşahidə etrmək üçün oraya göndərməyəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün müxbirlərlə görüşü zamanı Moskvanın bu manevrlərin faydalı olmadığını düşündüyünü və digər ölkələrə orada iştirak etməyi tövsiyə etmədiyini deyib. Cənab Lavrov deyib ki, Gürcüstan prezidenti Mixail Saakaşvili artıq dünya ictimaiyyətinə NATO-nun himayəsindən necə istifadə etdiyini nümayiş etdirdi.

Rusiya Gürcüstanı keçən ilin avqust ayındaseparatçı Abxaziya və Cənubi Osetiya regionlarında müharibəyə provokasiya yolu ilə başlamaqda ittiham edir.Cənab Lavrov deyib ki, təlimlər keçirmək əvəzinə Qərb GürcüstanıFransanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs planına əsasən üzərinə düşən öhdəliklərə riayət etməyə məcbur etməlidir.


XS
SM
MD
LG