Accessibility links

Aprel ayının 29-u Barak Obamanın prezidentliyinin 100-cü günüdür


Sabah aprel ayının 29-u ABŞ prezidenti Barak Obamanın vəzifəsinə başlamasının 100-cü günüdür. Bu müddət ərzində prezident qlobal iqtisadi böhran, Amerikanın İraq və Əfqanıstan siyasəti, sorğu-sual metodlarının dəyişdirilməsi və ABŞ-ın dünya ölkələri ilə əlaqəsinin yaxşılaşdırılması kimi müxtəif sahələri əhatə edən məsələlər ətrafında iş aparıb.

Dəyişiklik şüarı altında ABŞ dövlət başçısı sələfi Corc Buşun siyasi kurslarında küklü dəyişiklər həyata keçirib. Prezident kimi onun ilk gördüyü iş Guantanamo məhbəsinin bağlanmasına dair göstərişi olub. İraq müharibəsinə gəldikdə isə prezident 2010-cu ilədək ABŞ qüvvələrinin o ölkədən çıxarılmasına dair qərar qəbul edib.

Barak Obama Əfqanıstan və Pakistana əlavə qüvvələr və yardımla bağlı yeni strategiyasını açıqlayıb. İqtisadiyyatın canlandırılması məqsədi ilə ABŞ prezidenti milyardlarla dollar məbləğində stimullaşdırma planı təklif edib.

XS
SM
MD
LG