Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı epidemiya xəbərdarlığının səviyyəsini qaldırıb


Ümumdünya Səhiyyə Təşkilatı donuz qrpi epidemiyası ilə bağlı xəbərdarlıq səbiyyəsini qaldırıb. Son göstəricilərə görə donuz qripi insanlar arasında yayılmaqla bütün icmanı bürüyə bilər. Bu arada epidemiyanın mənbəyi olan Meksikada ölənlərin sayı çoxalıb. Meksika səhiyyə rəsmiləri donuz qripindən ölənlərin sayının 152-yə çatdığını xəbər verir. Əlavə 1600 adam virusa yoluxub. Hazırda epidemiya xəbərdarlıq səbiyyəsi 4 baldır ki, bu da dağıdıcı epidemiya səviyyəsindən cəmi 2 pillə aşağıdır. Lakin təşkilatın sözçüsü bildirir ki, epidemiya qaçılmaz deyil. Hazırda ABŞ-da 44 donuz qripi halı qeydə alınıb ki, bunlardan 11-i Kaliforniyadadır. Habelə, İsrail, Britaniya, Kanada və Yeni Zelandiyada da donuz qripinə yoluxma halları qeydə alınıb.
XS
SM
MD
LG