Accessibility links

Cakarta məhkəməsi terrorçuluqda əli olanlara qarşı hökm çıxardı


İndoneziya məhkəməsi ölkənin terrorizmə qarşı qanunu çərçivəsində terroçuluqda əli olan sinqapurlunu 18 il həbc cəzasına məhkum edib. Digər iki nəfər də məhkəmə tərəfindən10 və 12 il həbs cəzasına məhkum edilib. Cakarta məhkəməsi Məhəmməd Həsən bun Seynuddinə qarşı çıxarılan hökmü oxuyarkən o, “Allahu Əkbər” deyə qışqırıb. Bu İslamçı yaraqlı digər cinayətlərlə yanaşı, 2007-ci ildə məktəb müəlliminin qətli və Sumatrada xarici vətəndaşların toplaşdığı kafedə bomba hücumunu həyata keçirməkdə ittiham edilir. Bir neçə müxtəlif ad altında fəaliyyət göstərən Həsən Camaah İslamiyyə təşkilatı ilə əlaqəsi olmaqda və vaxtilə Əfqanıstanda aldığı təlimlər zamanı Usamə Bin Ladenlə görüşməkdə günahlandırılır. Prokurorun dediyinə görə, bu İslamçı yaraqlının ona qarşı irəli sürülən ittihamlardan bəzilərini boynuna alsa da, törətdiyi əməllərdən vicdan əzabı çəkdiyi görünmürdü.

Həsən media qarşısında özünü müdafiə edib.“Mən belə bir qərarın ədalətli olduğunu düşünmürəm. Mənə təşəkkürmedalı verilməlidir və mən bundan heç zaman imtina etməyəcəyəm “-deyə, o bildirib.

Xatırladaq ki, Məhəmməd Həsən bin Seynuddinkeçən il Cənubi Sumatrada əldəqayırma bomba istehsal edən 9 nəfərləbirlikdə həbs edilmişdi.


XS
SM
MD
LG