Accessibility links

Barak Obama administrasiyasının  yaxşı start götürdüyünü deyir


ABŞ prezidenti Barak Obama hakimiyyətinin 100-cü günü münasibəti ilə Ağ Evdə təşkil etdiyi mətbuat konfransında administrasiyasının yaxşı start götürdüyünü, lakin tənəzzül dövrümnü yaşayan iqtisadiyyatda hələ görüləsi çox iş olduğunu deyib.

Prezident bildirib ki, onun gənc administrasiyası Böyük Derressiyadan sonra ilk dəfə üzləşilən belə bir iqtisadi durumdan uzaqlaşmağa doğru addımlar atır. Barak Obama bu səylərin yalnız başlanğıc olduğunu deyərək, qarşıdan gələn günlər və aylar ərzində rifah halının yaxılaşdırılması və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində daha mətin addımlar atılacağına vəd verib.

Xarici siyasətə gəldikdə isə ABŞ dövlət başçısı Amerikanın İraq müharibəsinin başa çatdırılması və Quantanamo məhbəsinin bağlanması kimi fəaliyyətlərlə bu sahədə kursun dəyişdirildiyini deyib.

XS
SM
MD
LG