Accessibility links

Dəyirmi Masa: Türkiyə-Ermənistan yaxınlaşması


Türkiyə və Ermənistan arasında bu yaxınlarda münasibətləri normallaşdırmaq barədə çərçivə razılığı əldə edilməsi regionda siyasi dinamikanın dəyişməsi haqda gözləntilərə yol açıb. Bir sıra Qərbli ekspertlər Ankara-Yerevan yaxınlaşmasını Cənubi Qafqazda sabitliyiə doğru mühüm addım kimi dəyərləndirir. Başqaları isəTürkiyənin bu jestinin Ermənistan tərəfdən ciddi mövqe dəyişikliyi ilə müşayiət olunmayacağını proqnozlaşdırır. Son anlaşmanın mümkün təsirlərini və nəticələrini müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə Azərbayan-Atlantika Əməkdaşlıq Assosiasiyasının rəhbəri Sülhəddin Əkbər və Ankarada yerləşən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Qafqaz üzrə eksperti Ələgər Ələsgərlini dəvət etdik.

Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Türkiyəyə xitabən Dağlıq Qarabağ probleminin Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı yol xəritəsi haqda paralelliyi haqda qaldırdığı suala şərh verən Sülhəddin Əkbər Azərbaycanda Türkiyə hökumətinin mövqeyi ilə bağlı dərin narahatlıq yaşandığını bildirdi. Onun fikrincə Türkiyənin hazırkı iqtidarı qonşularla problemləri maksimum azaltmaq xətti götürüb, və Ermənistana rəğmən atılan addımlar da bu siyasətin tərkib hissəsidir. O biri tərəfdən Türkiyənin bu yaxınlaşmadan nə alacağı aydın deyil. Ələsgər Ələsgərli Türkiyənin hələ 1990-cı illərin əvvəllərində Ermənistan dövlətini tanıdığını, lakin münasibətlərin sonradan pisləşdiyini önə çəkdi. Ekspertin fikrincə Ermənistanın müstəqillik aktında və konstitutsiyasında Türkiyə və Azərbaycanın ərazi bütövlükləri tanınmır. Bu baxımdan rəsmi Yereveanın tanımadığı sərhədi açmağı cənab Ələsgərli qarşılıqsız güzəşt kimi qiymətləndirdi.

Türkiyə və Azərbaycan cəmiyyətlərində son zamanlar baş verən olaylara reaksiyaları şərh edn Sülhəddin Əkbər Azərbaycan hökumətinin xarici siyasətini tənqid etdi. Onun fikrincə İlham Əliyev hakimiyyətə gələndən bəri Rusiya ilə müəyyən yaxınlaşma xətti götürüb. Azərbaycan hakimiyyətində təmsil olunan bir çox şəxslər Türkiyə ilə münasibətləri pozmağa bəhanə axtarırlar. Cənab Əkbər Azərbaycan-Türkiyə soyuqlaşmasını həmçinin Azərbaycanda mövcud olan avtoritar idarə üsulu ilə əlaqələndirdi. Türkiyə cəmiyyətinin məsələyə mövqeyini təsvir edən cənab Ələsgərli ölkə müxalifətinin hakim Ədalət və İnkişaf Partiyasına sərt təpkilərini önə çəkdi. Onun sözlərinə görə müxalifətin sərt etirazı səmmimi idi və türk cəmiyyətinin məsələ ilə bağlı ümumi mövqeyini əks etdirir.
XS
SM
MD
LG