Accessibility links

Cənubi Koreyanın sabiq prezidenti  korrupsiya qalmaqalı ilə bağlı sorğu-suala çəkilir


Cənubi Koreyanın sabiq prezidenti Roh My Hyun çoxmilyonlu korrupsiya qalmaqalı ilə bağlı sorğu-suala çəkilir. Sabiq prezidentin evindən prokurorluğa qədər 5 saat sürən yolu boyu onu müxbirlər izləyib.

Hazırda həbsdə olan biznesmendən 6 milyon dollar məbləğində pul aldıqlarına dair ittihamlarla bağlı Rohun xanımı, oğlu daxil edilməklə, ailə üzvləri artıq dindirilib. Cənab Roh xanımının borcların ödənilməsi üçün bir qədər kreditə pul götürdüyünü, lakin bundan əvvəlcədən xəbərdar olmadığını deyib.

2003-2008-ci illərdə Cənubi Koreyanın prezidenti olmuş Ruhun həbsinə dair hələ hökm çıxarılmayıb. Roh My Hyun ailəsinə qarşı bu ittihamlara görə üzr istəsə də, şəxsən özünün bununla heç bir əlaqəsi olmadığını deyib.

XS
SM
MD
LG