Accessibility links

Türkiyə hərbçiləri İraqın şimalında kürd yaraqlılarının mövqelərini bombaladılar



Türkiyə hərbi qüvvələrinin məlumatına görə, ölkənin cənubunda 10 türk əsgərinin ölümü ilə nəticələnən partlayışlardan sonra onlar İraqın şimalında kürd yaraqlılarının mövqelərini bombalayıblar.

Rəsmilərin dediyinə görə, bu günkü hava hücumları PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının mövqelərini hədəf alıb.

Dünən Diyarbakır vilayətində zirehli maşına qoyulmuş bomba partlayışı nəticəsində 10 əsgər həlak olub.

Hərbçilər hadisəyə görə, PKK-nı birbaşa günahlandırmasalar da, ordunun terrorizmlə mübarizəsini gücləndirməsinin vacibliyini vurğulayıblar.

XS
SM
MD
LG