Accessibility links

Freedom House: Azad mətbuata basqılar artır


Bu gün Vaşinqtonda qərargahlanan Freedom House təşkilatı 2008-ci ildə dünyada mətbuat azadlığına dair hesabat açıqlayıb. Sənəddə ötən il ərzində qlobal səviyyədə media azadlığının tənəzzülə uğradığı vurğulanır ki, burada sabiq Sovet məkanı, Yaxın Şərq və Şimali Afrika daha çox təsirə məruz qalmış regionlar sırasındadır. Freedom House bəyan edir ki, ötən il ərzində media nümayəndələri üzərinə artan basqılar ötən onilliklərdə əldə olunan nailiyyətləri heçə enmək təhlükəsi ilə üz-üzə qoyur.

195 ölkə və ərazilər arasında 70 ölkə azad, 61 qismən azad, 64-ü isə azad olmayan kateqoriyalara daxil olunub. Ötən illə müqayisədə azad olmayan ökələri sayı sabit olaraq qalır, lakin azad ölkədən qismən azad ölkə kateqoriyasına daxil olanların sayı artıb. Dünyada azadlıq baxımdan birinci yerdə İslandiya, sonuncu - 195-ci yerdə isə Şimali Koreya gedir. Azad olmayan ölkələr kateqoriyasına daxil edilən Azərbaycan isə Çad, Efiopia və Svazilənddən bir pillə aşağda 168-ci yerdə qərar tutub. Mənfilik göstəricisi baxımdan 98 bal almış Şimali Koreya ilə müqayisədə Azərbaycan 76 bal alıb.

Azərbaycanın daxil olduğu Şərqi Avropa və sabiq Sovet respublikalarında ciddi status dəyişikliyi nəzərə çarpmayıb. Əvəzində ötən illərin neqativ tendensiyası daha da bərkiyib. Avropa Birliyinə yeniə daxil olmuş Şərqi Avropa dövlətləri ilə Balkan və sabiq Sovet respublikaları arasında iri bir fərq meydanda qalır. Birincilərdə mətbuat azadlığı inkişaf etdiyi halda, Ermənistan, Qrğızıstan, və Rusiya kimi ölkələrdə hökumətin media mənbələrinə basqıları nəticəsində statistik geriləmə artıb. Balkan dövlətləri olan Bosniya-Herseqovina, Bolqarıstan və Xorvatiyada da jurnalistlərə qarşı hədə-qorxular və təzyiqlər artıb.

Azad mətbuat atmosefri təkcə avtoritar ölkələrdə yox, bəzi demokratik ölkələrdə də qeydə alınıb. İsrail, İtaliya və Honq Konq 2008-ci ildə tamamilə azad kateqoriyasından qismən azad kateqoriyasına eniblər. Habelə Meksika və Seneqal kimi ölkələrdə də statistik geriləmə qeydə alınıb. Dünyanın ən acınacaqlı məkanları isə Birma, Kuba, Eritrea, Liviya, Şimali Koreya və Türkmənistan olaraq qalır.
XS
SM
MD
LG