Accessibility links

Lukaşenko  Avropa Birliyinin  Əməkdaşlıq Sammitinə qatılmayacaq


Kütləvi İnformasiya Vasitələrinin verdiyi xəbərlərə görə Belarusun Prezidenti Aleksandr Lukaşenko bu ay Praqada Avropa Birliyinin Əməkdaşlıq Sammitinə qatılmayacaq.
Avropa Birliyi Belarus liderindən keçmiş Sovet Respublikalarının liderlərinin da qatılacağı bu sammitdə iştirak etməsini xahiş etmişdi. Çexiya Xarici İşlər naziri Karel Şvarzenberq Minskə səfər edərək dəvətnaməni təqdim etmişdir.
Çexiya Respublikası hal-hazırda Avropa Birliyinin prezidentidir və Çexiya rəsmiləri deyir ki, Belarus samitdə hələdə içtirak edə bilər.
Çexiya prezidenti Vaslav Klaus bildirmişdi ki,o Belarus liderinin əlini sıxmayacaq və onu Praqa Qəsrində qəbul etməyəcək.
Sammitin məqsədi keçmiş Sovet respublikalarından Azərbaycan, Gürcüstan, Moldova, Ukraniya, Ermənistan və Belarusla Avropa Birliyinin iqtisadi və siyasi əlaqələrini genişlətməkdir.
Avropa Birliyi müxalifət nümayəndələrini həbs etdiyinə,azad mətbuata edilən təzyiqlərə və seçki saxtakarlığına görə Belarusa sanksiyalar tətbiq etmişdi.

XS
SM
MD
LG