Accessibility links

ABŞ Ali Məhkəməsinin hakimi təqaüdə çıxır


ABŞ mediası xəbər verir ki, Ali Məhkəmənin hakimi Deyvid Suter təqaüdə çıxmağı planlaşdırır. Xəbərlərə görə Suter Ağ Evi iyunda - məhkəmənin illik sessiyası başa çatanda - istefa vermək planları haqda məlumatlandırıb. Suterin təqaüdə çıxması haqda şaiyələr ötən həftələrdə dolaşmağa başlayıb. Belə ki, o, gələn il üçün özünə köməkçilər işə götürməmişdi. Ali Məhkəmənin sözçüsü Suterin xəbərlərə şərh verməyəcəyini bildirib. 69 yaşlı Suter 1990-cı ildə sabiq prezident Corc Buş tərəfindən Ali Məhkəməyə nominasiya edilmişdi. O, adətən əksər qərarlarda məhkəmənin liberal hakimləri ilə eyni mövqe tutur. Onun təqaüdə çıxması prezident Barak Obamaya Ali Məhkəməyə ilk təyinat imkanı verəcək.
XS
SM
MD
LG