Accessibility links

Karzainin rəqibi Şərzai prezidentliyə namizədliyini geri götürdü


Əfqanıstan prezidenti Həmid Karzainin qarşıdakı seçkilərdə potensil rəqibi öz namizədliyini geri götürüb.

Nangarhar vilayətinin qubernatoru Gül Ağa Şərzai bu gün jurnalistlərə deyib ki, o, bu qərara prezident Karzai ilə şəxsi görüşündən sonra gəlib.

Şərzai habelə Nangarharın qubernatoru vəzifəsindən də getmək istədiyini, lakin Karzainin onun istefasını qəbul etmədiyini bildirib.

Karzai 2001-ci ildən –ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatlara başlamasından bəri bu ölkəyə başçılıq edir.

XS
SM
MD
LG