Accessibility links

Berlində 273 polis işçisi yaralanıb


Almaniyanın paytaxtı Berlində 1 May qiyamında 273 polis işçisinin yaralandığı bildirilir. Dünəndən başlayıb bu günədək davam edən zorakılıqlar zamanı nümayişçilər polisi daşa başmış, maşınlar və binaların şüşələrini sındırmışlar. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və istiot aerozulundan istifadə edib. 289 adam nəzarət altına alınıb. Almaniyanın daxili işlər naziri qiyamın siyasi motivlərə əsaslanmadığını deyib.Hamburq şəhərində də qarşıdurmalar olub.

XS
SM
MD
LG