Accessibility links

Cənubi Koreya hərbçiləri Şimali Koreya gəmisini piratlardan xilas etdilər


Cənubi Koreyanın hərbi gəmisi Şimali Koreya gəmisini Somali sahili yaxınlığında piratların əlindən xilas edib.

Cənubi Koreya hərbçilərinin dediyinə görə, onlar bu səhər Ədən körfəzi yaxınlığında Şimali Koreya gəmisindən həyəcan siqnalı alıblar.

Hərbi gəmi hadisə yerinə vertolyot göndərib və quldurlara xəbərdarlıq atəşi açıldıqdan sonra onlar Şimali Koreya gəmisini azad buraxıblar.

Hərbçilərin dediyinə görə, hadisədən sonra Şimali Koreya gəmisi radio vasitəsilə cənublulara təşəkkür mesajı göndərib.

Bu insident 56 il əvvəl başa çatmış Koreya müharibəsindən sonra Şimalla Cənub arasında nadir əməkdaşlıq nümunəsidir.

XS
SM
MD
LG