Accessibility links

Roksana Saberinin məsələsinə apellyasiya məhkəməsində baxılacaq


İranın ədliyyə rəsmisi deyir ki, apellyasiya məhkəməsi həbsə məhkum edilmiş İranlı-Amerikalı jurnalist Roksana Saberinin məsələsinə gələn həftə baxacaq. Sözçü Əli Rza Cəmşidi deyib ki, Vəkillər Assosiyasiyası, Kəşfiyyat Nazirliyi və Prokurorun ofisi Saberinin apellyasiyasını dinləmək üçün məhkəməyə dəvət ediliblər. Jurnalist ötən ay casusluq ittihamları ilə 8 il azadlıqdan məhrum edilib. Saberinin atası deyir ki, qızı həbsinə etiraz olaraq 2 həftədir ki, aclıq elan edib. İranın ədliyyə rəsmiləri isə Saberinin aclıq elan etmədiyini və səhhətinin yaxşı olduğunu bildirir.
XS
SM
MD
LG