Accessibility links

Barak Obama əfqan və pakistanlı həmkarları ilə görüşür


Pakistan və Əfqanıstanda artmaqda olan qeyri-sabitlik ABŞ prezidenti Barak Obamanın əfqan və pakistanlı həmkarları ilə görüşlərində müzakirə ediləcək məsələdir. Həmid Karzai və Asif Zərdari ilə regional danışıqlar bu gün Vaşinqtonda təşkil edilir.

Ağ Evin bildirdiyinə görə, Barak Obama Əfqanıstan və Pakistan liderləri birgə və ayrı-ayrı görüşlər keçirəcək. Pakistan prezidenti Asif Əli Zərdari görüş öncəsi deyib ki, ölkəsi təhlükədə deyil və nüvə arsenalı etibarlı əllərdədir. CNN tele-şirkətinə müsahibəsi zamanı cənab Zərdari Taliban yaraqlılarının hökumətə deyil, təhlükəsizliyə hədə olduğunu bildirib.

Əfqanıstan prezidenti Həmid Karzai isə ABŞ-ın başçılığı altında həyat keçirilən hərbi əməliyyatlar zamanı mülki əhali arasında tələfatla bağlı narahatlığını dilə gətirib.

XS
SM
MD
LG