Accessibility links

Rusiya iki NATO diplomatını ölkədən çıxarıb


Rusiya NATO-nun Moskvadakı ofisində təyin olunmuş iki Kanada diplomatını ölkədən xaric edib.

Rusiya rəsmiləri və Kanadanın Moskvadakı səfirliyinin nümayəndələri deyiblər ki, Rusiya bu gün hər iki diplomatın akkreditasiyasını ləğv edib.

Kanada səfirliyi qərarı əks-produktiv adlandırıb.

Ötən həftə NATO iki Rusiya diplomatını casusluq qalmaqalından sonra Brüsseldən çıxarmışdı.

Qalmaqal bir eston rəsmisinin iştirak etdiyi və 12 il həbsə məhkum olunduğu casusluq işi ilə bağlıdır.

Eston rəsmisi alyansa məxsus minlərlə sənədi Rusiya kəşfiyyat orqanlarına ötürməkdə ittiham olunurdu.

Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ayın sonunda keçirilməli olan Rusiya-NATO görüşünə qatılmayacağını elan edib.

XS
SM
MD
LG