Accessibility links

ABŞ dövlət katibi Əfqanıstan və Pakistan prezidentləri ilə görüşüb


ABŞ dövlət katibi Hillari Klinton bü gün Dövlət Departamentində Əfqanıstan və Pakistan prezidentləri- Həmid Karzai və Asif Əli Zərdari ilə görüşüb.Xanım Klinton ABŞ-ın hava hücumları nəticəsində mülki əfqanların tələfatına görətəəssüfünü bildirib.Hillari Klinton Obama administrasiyasının mülki vətəndaşların ölümünə görə təəssüfləndiyini və hadisə ilə bağlı ABŞ və Əfqanıstan hökumətinin birgə təhqiqat aparacağını bildirib.Əfqan prezidenti xanım Klintona təşəkkürünü bildirərək, Amerika ilə Əfqanıstanın bu kimi hallara yol verilməməsi üçün birgə çalışacağına ümid bəslədiyini deyib. Pakistanın dövlət baçısı Asif Əli Zərdarı deyib ki, terrorizm kimi bir təhlükə ortaq olduğu üçün, onun aradan qaldırılması məsuliyyəti də ortaqdır. ABŞ dövlət katibi Hillari Klinton Pakistan və Əfqanıstanın ekstremizm kimi ortaq düşmənə malik olduqlarını deyib.


XS
SM
MD
LG