Accessibility links

Texas ştatında donuz qripi virusundan daha bir şəxs dünyasını dəyişib


Meksika rəsmiləri o ölkədə donuz qripi səbəbilə ölənlərin sayının 42-yə çatdığını, 1000-dən artıq insanın virusa yoluxduğunu elan edib. ABŞ-ın Meksika ilə sərhəd Texas ştatında isə donuz qripi virusundan daha bir şəxs dünyasını dəyişib. Səhiyyə rəsmiləri 30 yaşlarında olan qadının digər xroniki xəstəliklərə malik olduğunu bidlirib. Bu, Amerikada virusdan ikinci ölüm halıdır. A H1N1 virusundan ölən ilk ABŞ vətəndaşı olan bu qadından əvvəl Texasda meksikalı bir uşaq vəfat etmişdi.Ümumdünya Səhiyyə Təşkilatı 1500-dən artıq insanın donuz qripinə yoluxduğunu təsdiq edib.

XS
SM
MD
LG