Accessibility links

ABŞ mətbuatı İran barədə


İranın ali dini rəhbəri ilk dəfə olaraq ictimai şəkildə Prezident Mahmud Əhmədienajdı qınayıb. Buna səbəb Əhmədinejad hökumətinin hər il Məkkə ziyarətini təşkil edən idarənin rəhbərini işdən çıxarması olub. NY Times qəzeti yazır ki, Ayətullah Əli Xameneinin Əhmədinejada narazılığını belə açıq şəkildə izhar etməsi onun İyunun 12-də keçiriləcək prezident seçkilərində bu namizəddən dəstəyini geri götürməsinin işarəsi ola bilər. Dini hiyerarxiyanın zirvəsində dayanan şəxs kimi Ayətulla Əli Xamenei İranda ən səlahiyyətli şəxs hesab edilir. Onun Əhmədinejaddan üz döndərməsi barədə görünüş belə Əhmədinejadın prezidentliyi əldə saxlamaq şansalarına ölümcül zərbə endirə bilər. Cənab Əhmədinejadın populyarlığı son aylarda İranın tənəzzüllə üzləşən iqtisadiyyatı və nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə qarşıdurması nəticəsində İranın artan təcridi üzündən kəskin enib.

İxtilaf keçən ay İran prezidenti həcc komitəsini turizm nazirliyinin nəzarəti altına köçerəndən sonra başladı. Daha sonra Əhmədinejadın vitse-prezidentlərindən biri həcc təşkilatının rəhbəri Mustafa Xaksar Qahrudini işdən çıxardı. Qahrudinin vəzifədən azad edilməsi ali dini rəhbərin sərt qınağına tuş gəldi, və o, bu addımı qeyri-qanuni adlandırdı. Bunun ardınca Əhmədinejad hökuməti dərhal geri çəkildi.

Hazırda Mahmud Əhmədinejad prezident seçkilərinə ciddi namizədlərlə qarşılaşır. Bunların sırasında sabiq baş nazir Mir Hüseyn Musəvi, və sabiq parlament spikeri Mehdi Karrubi var. Mühafizəkar cəbhədən isə Mphsen Rezai öz namizədliyini irəli sürüb. Tehranda siyasi şərhçi olan Səid Leylaz deyir ki, cənab Rezai Ayəulla Xamenei ilə razılaşmadan öz namizədliyini rəli sürməzdi. Bu isə onu göstərir ki, ali dini rəhbər öz seçimlərini hələ ki, açıq saxlayır. Lakin İranın bulanıq siyasi mənzərəsini nəzərə alanda , Xameneinin kimi dəstəkləyəcəyi aydın deyil. Belə ki, keçmişdə prezidenti tənqid etmiş ali dini rəhbər sonrada prezidentə dəstəyini izahar edib.

Bu arada xarici siyasət səhnəsində situasiya dəyişməz olaraq qalır. NY Times-ın yazdığına görə İran və Suriya bir araya gələrək ABŞ-a mesaj olaraq Fələstin müqavimətini dəstəklədiklərini bildiriblər. Dəməşqdə Suriya prezidenti Bəşar Əsədlə görüşən Mahmud Əhmədinejad habelə Həmas və başqa radikal Fəslətin qruplaşmalarının liderləri ilə bir araya gəlib. İran prezidentinin Suriyaya son səfəri iki yüksək rütbəli Amerika diplomat, Ceffri Feltman və Daniel Şapironun Suriya ilə danışıqlar apardığı vaxta təsadüf edir. İran və Suriya liderləri Amerikanın regionda apardığı diplomatik səylərə toxunmayıblar. Lakin İran lideri bildirib ki, vaxtikən İran və Suriyanı şər üçbuğına daxil edən xarici qüvvə indi bu ölkələrlə əlqələri yaxşılaşdırmaq istəyir. O, Suriya-İran ittifaqının regionda dominantlıq etmək istəyən qüvvələr üzərində qələbə çaldığını bəyan edərək hər iki ölkənin Fələstin müqavimətinə dəsətk verəcəyini bildirib. Bu arada yaxın şərqə səfər edən ABŞ müdafiə naziri Robert Geyts Amerikanın ərəb müttəfiqlərini əmin edib ki, Amerika İranla heç bir gizli sövdələşməyə getmək fikrində deyil. Habelə nazir əlavə edib ki, Obama admistrasiyasının dialoq təklifinə Tehrandan gələn cavab o qədər də ruhlandırıcı deyil.

XS
SM
MD
LG