Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı 2000-dən artıq insanın donuz qripinə yoluxduğunu təsdiq edib


Ümumdünya Səhiyyə Təşkilatı 2000-dən artıq insanın donuz qripinə yoluxduğunu təsdiq edib. Virusun 23 ölkədə yayıldığı bildirilir. Amerikada dünəndən etibarən xəstələrin sayı 250 nəfər artmaqla, 900 nəfərə çatıb.Çin 9 adamın karantinini ləğv edib. Bu qərar Pekin mehmanxanalarının birində saxlanılan şəxslərin həkim müayinəsindən keçməsindən sonra verilib. Səhiyyə rəsmiləri onların heç birində A H1N1 virusunun simptomlarının aşkar edilmədiyini deyir. Bu həftə Çində karantin altında olan kanadalı tələbələr də azad edilib. Meksika Çinin o ölkə ilə birbaşa uçuşlarını qadağan etməsinə etirazını bildirir. Çin isə bu kəskin ölçülərə ictimai səhiyyə maraqları nəzərə alınaraq əl atıldığını bildirir.

XS
SM
MD
LG