Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin Praqada görüşündə inkişaf əldə edilib


ABŞ-ın xüsusi nümayəndəsinin bildirdiyinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Çex Respublikasının paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlamlanması yollarını müzakirə etmək məqsədilə keçirilən görüşündə inkişaf əldə edilib. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza Praqa görüşü zamanı danışıqlarla bağlı açıqlama verib. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezident Serj Sarkisyan arasında görüş Praqada ABŞ səfirinin iqamətgahında keçirilib. Səfirliyin bəyanatında deyilir ki, danışıqlar ABŞ, Rusiya və Fransanın beynəlxalq səyləri çərçivəsində aparılıb. Hər iki prezident Praqada Avropa Birliyinin keçmiş Sovet İttifaqının altı ölkəsinin lideri ilə zirvə toplantısında iştirak edir.

XS
SM
MD
LG