Accessibility links

Həmsədrlər prezidentlərin görüşü ilə bağlı bəyanat yaydı


ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirilmiş görüşü ilə əlaqədar birgə bəyanat yayıblar.

ATƏT-in rəsmi saytında dərc olunmuş sənəddə bildirilir ki, həmsədrlər –Rusiyadan olan səfir Yuri Merzlyakov, Fransadan səfir Bernar Fasye və ABŞ dövlət katibi müavininin yardımçısı Metyu Brayza mayın 7-də Azərbaycan və Ermənistan prezidentlərinin, hər iki ölkənin xarici işlər nazirlərinin də iştirakı ilə ABŞ-ın Praqadakı səfirinin iqamətgahında görüşünü təşkil ediblər.

“Bu, prezidentlərin son bir ildən az müddətdə 4-cü görüşüdür”.

Həmsədrlər bu fikirdədirlər ki, görüşlərin hər biri tərəfləri nailiyyətə daha da yaxınlaşdırıb. Onlar Praqa görüşünü münasibətlərdə əhəmiyyətli irəliləyiş kimi qeyd ediblər.

Prezidentlər həmsədrlərin böyük nailiyyət üçün tələb olunan bütün elementləri toplamaq məqsədilə intensiv gediş-gəliş diplomatiyası planını dəstəkləyirlər.

Həmsədrlər bəyanatlarında regiona növbəti səfərlərini və prezidentlərin növbəti görüşünü səbirsizliklə gözlədiklərini də vurğulayıblar:

“Prezidentlərə növbəti görüşün iyunun əvvəlində Sankt-Peterburqda keçirilməsi təklif olunub”.

Vasitəçilər gözləyirlər ki, gələcək görüşlər ilin sonuna qədər baza prinsipləri üzərində real olaraq əsaslı razılaşma əldə edilməsinə səbəb olacaq.

XS
SM
MD
LG