Accessibility links

ABŞ-da iş itkilərinin tempi azalır


Aprel ayında Birləşmiş Ştatlarda iş itkilərinin tempi azalıb. Bu isə iqtisadi gerilmənənin mülayimləşməsinə işarədir. Əmək Departamentinin bu gün açıqladığı xəbərə əsasən bu ay 539,000 iş yeri itirilib. Rəqəm ötən ayla müqayisdə 25 faiz azdır, və Oktyabrdan bəri ən kiçik iş itkisidir. Lakin ABŞ-da işsizliyin ümumi səviyyəsi apreldə 0.4 faiz qalxaraq son 25 ildə ən yüksək həddə - 8.9 faizə çatıb. Ağ Ev rəsmiləri deyir ki, prezident Barak Obama işsiz insanların təhsil və təlim ardınca getməsini istəyir. Prezident Obama bu gün işsizlik kompensasiyası ilə bağlı öz ideayalarını açıqlayacaq.
XS
SM
MD
LG