Accessibility links

Gürcüstanda müxalifətlə hakimiyyət arasında gərginlik davam edir


Minlərlə etirazçı dünən Tbilisidə prezident Mixail Saakaşvilinin istefası tələbi ilə Gürcüstan parlamentinin binası qarşısında toplaşıblar.

Etirazlar bir gün əvvəl polislə müxalifət tərəfdarları arasında toqquşmada həbs olunmuş 3 müxalifət fəallarının sərbəst buraxılmasından saatlar sonra da davam edir.

Polis həbs olunmuş şəxsləri hökumət yönümlü televiziyanın jurnalistini döyməkdə ittiham edirdi.

Dünən polis idarəsinin qarşısında baş vermiş toqquşmada metal parçalardan istifadə olunduğu bildirilir.

Hazırda Avropa Birliyinə sədrlik edən ölkə kimi, Çexiyanın Gürcüstandakı səfiri İvan Jestrab polis məntəqəsində baş verənləri kriminal aksiya adlandırıb.

XS
SM
MD
LG