Accessibility links

ABŞ prezidenti kredit kartları sahəsində islahat keçirməyə çağırır


ABŞ prezidenti Barak Obama Konqresi kredit kartları sahəsində islahat keçirərək burada müştərilər üçün daha ədalətli və şəffaf şərtlər yaratmağa çağırıb.

Bu gün həftəlik radio müraciətində cənab Obama deyib ki, müştərilər çox zaman kredit kart şirkətləri tərəfindən aldanılır.Belə ki, şirkətlər faizləri birdən-birə qaldırır, ədalətsiz cərimələr tətbiq edir, ya da məlum olmayan rüsumlar irəli sürür.

Prezident Obama qanunvericiləri bu məsələləri nəzərə alaraq, kredit kartları sahəsi üçün qanun layihəsi hazırlamağa çağırıb.Cənab Obama qanun layihəsinin may ayının 25-i Xatirə gününə qədər hazırlanmasını istəyib.

XS
SM
MD
LG