Accessibility links

Respublikaçı qanunverici Quantanamo məhbəsinin bağlanmasını təhlükəli adlandırıb


Respublikaçı qanunverici Kit Bond bildirib ki, ABŞ prezidenti Barak Obamanın Quantanamoda hərbi həbsxananı bağlamaq qərarı təhlükəli addımdır.Respublikaçılar partiyasının həftəlik radio müraciətində senator Kit Bond hərbi obyektdə saxlanılan 241 terror şübhəlisini qatil adlandıraraq, cənab Obamanı həbsxana bağlanandan sonra onları haraya göndərmək üçün planı olmamaqda ittiham edib.

Bond həmçinin Obama administrasiyasını məhbusların Birləşmiş Ştatlara gətirilə bilməsi fikrini görə təndiq edib və deyib ki, Amerika xalqının onların haraya göndərildiyini bilməyə haqqı var.

Mayın 7-də ABŞ-ın Baş prokuroru Erik Holder qanunvericiləri əmin edib ki, terrorçular Birləşmiş Ştatlar ərazisinə gətirilməyəcək və amerikalıların təhlükəsizliyi üçün risk olmayacaq. Holder bildirib ki, administrasiya hər bir məhbusun işinə baxaraq, hələlik onların haraya göndərilməsini müəyyən etməyib.

XS
SM
MD
LG