Accessibility links

Pakistan Svat vadisində ağır döyüşlər aparır


Pakistan qüvvələrinin vertolyotlar və qırıcı təyyarələrin müşayiəti ilə Svat Vadisində Taliban yaraqlılarına qarşı hücumu yüzlərlə insanın ərazıdən qaçmasına başqalarının isə pusquya düşməsinə səbəb olub. Pakistan ordu rəsmiləri deyib ki, bü gün 55 yaraqlı həlak olub. Ağır döyüşlərdən biri Minqora şəhərində olub. Burada hərbi vertolyotlar Taliban sığınacaqları hədəf alaraq 15 yaraqlını öldürüb. Döyüşlər habelə Kabal və Dir rayonlarında da qeydə alınıb. Pakistan bildirir ki, 4 əsgər yaralanıb. BMT-nin açıqlamasına görə, son günlərdə 500 min insan Dir, Svat və Bunerdəki evlərindən didərgin düşüb.
XS
SM
MD
LG