Accessibility links

Meksikada A H1N1-dən daha 3 nəfər ölüb


Meksika rəsmilərinin məlumatına görə, ölkədə A-H1N1 – donuz qripi virusundan daha 3 nəfər ölüb. Ümumdünya Səhiyyə təşkilatı isə virusun artıq 29 ölkəyə yayıldığını açıqlayıb. Meksika rəsmiləri deyir ki, ölkədə bu günə kimi 48 nəfərin həyatına son qoyan donuz qripinə yoluxanların sayı 259-dan 1600-ə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının aşıqlamasına görə, bütün dünyada bu virusa yoluxanların sayı 3440-dır. Son hallar isə Argentina, Panama Avstraliya və Yaponiyada qeydə alınıb. Kanadada Donuz qripindən ölənlərin sayı 1, ABŞ-da isə 2 olaraq qalır.

XS
SM
MD
LG