Accessibility links

Yaxın Şərqdə səfərdə olan Roma papası  İslam dininə dərin hörmətini bildirib


Roma papası Benedikt Yaxın Şərqə bir həftəlik səfərinin ikinci günü “dininin ideloji məqsədlər üçün istismar olunmasını ” məhkum etdi və müxtəif dinlər arasında dialoqa çağırdı.

Şənbə günü İordaniyanın Amman şəhərində Hüseyin bin Talal məscidində müsəlman və başqa din rəhbərləri ilə görüşündə roma papası dedi ki, din xeyirxahlıq üçün qüvvə olmalıdır, ixtilaf üçün deyil.

Roma papası 16-cı Benedikt özünün Yaxın Şərqə səfərində müsəlman və yəhudilərə müraciət edir. 2005-ci ildən bu vəzifəyə seçiləndən bəri, hər iki dinin mənsubları ilə Roma papası arasında zaman-zaman gərginlik yaşanıb.

Roma katolik kilsəsinin rəhbəri xristian və yəhudiləri qarşılıqlı hörmət və əməkdaşlığa çağırdı.

Roma Papası Yaxın Şərqə səfərinin əvvəlində İslam dininə dərin hörmətini qeyd edib. O, İordaniyanın paytaxtı Ammandakı ilk çıxışında din azadlığının əsas insan hüquqlarının siyahısına daxil olduğunu bildirib.

İordaniyanın mühafizəkar Müsəlman Qardaşlığı partiyasının üzvləri Roma papasının 2006-cı ildə islamı tənqid edən qədim sənədə istinad etməsinə etiraz əlaməti olaraq onun səfərini boykot edirlər. Roma papasının həmin il Türkiyəyə səfəri zamanı bir məscidi ziyarət etməsi, bəzilərinin fikrinə görə, ona qarşı tənqidlərin azalmasına səbəb olub. Roma papası İordaniyada müsəlman və xristian dini xadimlərlə görüşür, məscidlər və xristian dininə məxsus müqəddes yerləri ziyarət edir.

O, bu gün Ammanda bir stadionda təşkil olunacaq dini mərasimdə də iştirak edib. Qeyd edək ki, İordaniya əhalisinin iki faizindən azını katoliklər təşkil edir. Yaxın şərqdə xristian dininin başqa müqəddəs yerlərini də ziyarət etməyi planlaşdıran Roma papası İsrail və Fələstin ərazilərində də olacaq. Onun müsəlman və yəhudilər arasında əlaqələri yaxşılaşdırmaq istiqamətində addımlar atması da gözlənilir.

XS
SM
MD
LG