Accessibility links

XVI Benedikt Yaxın Şərq xristianlarını etiqad və ənənələrini qoruyub saxlamağa çağırıb


Roma Papası XVI Benedikt Yaxın Şərq xristianlarını üzləşdikləri çətinliklərə baxmayaraq, etiqad və ənənələrini qoruyub saxlamağa çağırıb.Iordanın paytaxtı Əmmanın şəhər stadionunda təşkil edilən və Yaxın Şərqin müxtəlif bölgələrindən minlərlə xristianı iştirak etdiyi Messa zamanı Roma Papası katoliklərin region əhalisinin məruz qaldığı qeyri-müəyyən və mürəkkəb durumdan mütəəssir olduğunu deyib. Bu, XVI Benediktin Roman Katolik Kilsəsinin rəhbəri kimi Yaxın Şərqə ilk səfəridir. İordaniya Roma Papasının İsrail və Fələstinin də daxil edildiyi Yaxın Şərq səfərinin ilk dayanacağıdır.

XS
SM
MD
LG