Accessibility links

Ağ Evdəki görüşdə Obama və Lavrov münasibətlərin müsbət cəhətlərini önə çəkiblər


Barak Obamanın Ağ Evdə Rusiya xarici işlər naziri ilə görüşü ABŞ prezidentinin qarşıdan gələn iyulda prezident Dmitri Medvedevlə Moskvada zirvə görüşünə hazırlıq məqsədi daşıyırdı.

Oval Ofisdə görüşün ardınca müxbirlərlə danışan cənab Obama və Rusiya xarici işlər naziri iki ölkələ arasında fikir ayırlıqlarına gətirib çıxaran məsələlərin müzakirəsindən yayındılar. Prezident ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmağa ümidlə baxdığını söylədi: ‘Əvvəllər dediyim kimi, ABŞ və Rusiyanın xeyli məsələlərdə münasibətləri yenidəın qurması üçün əla imkan var.’

Gürcüstan, ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmə planları və NATO-nun genişlənməsi ilə bağlı narazılıqlara baxmayaraq rəsmilər müxbirlərlə söhbətdə əsas diqqəti prezidentlərin iyulda keçirəcəkləri görüşə yönəldiblər. Bu, Obamanın rus həmkarı ilə ilk formal sammiti olacaq. Lavrov isə ABŞ prezidentinə salamlama mesajı gətirmişdi.

Prezidentlər Obama və Medvedev strateji silahlar üzrə yeni bir sazişin çərçivəsi üzərində razılığa gəlməyə ümid bəsləyirlər.

XS
SM
MD
LG