Accessibility links

Rusiya baş naziri Yapon mediasına müsahibə verib


Rusiya baş naziri Vladimir Putinin sözlərinə görə, NATO-nun qonşu Gürcüstanda hərbi təlimləri Vaşinqton və Moskvanın diplomatik münasibətlərini yenidən qurmaq səylərinə kömək etmir. Cənab Putin Yapon mediasına verdiyi və Krem tərəfindən dünən açıqlanan müsahibəsində deyib ki, NATO-nun hərbi manevrləri ikitərəfli diplomatiyanı fərqli istiqamətə yönəldir. Baş nazir alyansı Qərbyönümlü Gürcüstan prezidenti Mixail Saakaşvilini dəstəkləməkdə ittiham edib. Cənab Putin bir aydır ki, istefası tələbi ilə etiraz nümayişləri ilə qarşılanan Saakaşvili hökumətinin heç bir demokratik standarda cavab vermədiyini deyib və Qərbin nə üçün belə bir zamanda onu dəstəklədiyi barədə siqnal göndərdiyi barədə sual verib.

XS
SM
MD
LG