Accessibility links

Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gedir



Bu gün, mayın 12-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayır.

Türkiyə hökumətinin açıqladığı rəsmi məlumata görə, baş naziri bu səfərdə xarici işlər naziri Əhməd Davudoğlu, dövlət naziri Zəfər Çağlayan, nəqliyyat naziri Binali Yıldırım, enerji və təbii sərvətlər naziri Taner Yıldız ilə mədəniyyət və turizm naziri Ertuğrul Günay müşayiət edəcəklər.

Ərdoğanın səfər proqramına Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlər, eləcə də Milli Məclisdə çıxış daxildir.

Ankaradan siyasi təhlilçi doktor Mithat Çelikpala Türkiyə liderinin Bakıya səfərini Amerikanın Səsinin Türk xidmətinə şərh edib.

Cənab Çelikpala deyib ki, son bir ayda Bakı ilə Ankara arasında baş verənlər iki qardaş ölkə arasındakı münasibətlərin ruhuna uyğun gəlmir:

“Buna görə də, Ərdoğanın Azərbaycana səfəri qarşılıqlı əlaqələrin normallaşmasına xidmət edir”.

Cənab Çelikpala diqqəti ona yönəldib ki, 1990-cı illərin əvvəlindən bəri Türkiyənin Qafqazda yürütdüyü siyasət, prezident Abdulla Gülün ötən payızda Yerevana səfərindən sonra yeni dönüş mənzərəsini ortaya çıxardı.

Lakin bu mənzərə heç kəsə izah olunmadığı üçün, ortada məlumatsızlıq yaranmışdı. Ekspertə görə, məhz bu boşluq aprel ayında Türkiyə-Ermənistan münasibətlərinə narazılıq gətirdi:

“Azərbaycanlılar Türkiyənin siyasətini düzgün oxuya bilmədiklərini dedilər. Hər nə qədər Türkiyə rəhbərləri Azərbaycan tərəfini məlumatlandırdıqlarını bildirsə də, ortalıqda bir boşluq var idi. Və bu boşluq havası içində də Türkiyə ilə Azərbaycanı idarə edən liderlər bir araya gəlmək əvəzinə media vasitəsilə xəbərləşməyi üstün tutdular. Türkiyədə Əliyevi Ankara yerinə Moskvaya getməkdə günahlandırarkən, Azərbaycan rəsmiləri də Türkiyəni Bakıya getmədən Yerevana səfərdə günahlandırırdılar. İndi bu imici ortadan qaldırmaq üçün liderlər bir araya gələcəklər”.

Ekspert daha sonra deyib ki, Ərdoğanın Bakıya səfərdən az sonra Moskvaya getməsində məqsədi var.

Türkiyə lideri Rusiyadan bir sıra məsələlərdə dəstək istəyə bilər. Bunlardan biri Ermənistasnla münasibərlərdirsə, digəri də enerji mövzusu ilə bağlıdır.

XS
SM
MD
LG