Accessibility links

XVI Benedikt İsraildəki çıxışı zamanı iki dövlət ideyasını önə çəkib 


İsraildə səfərdə olan Roma Papası XVI Benedikt İsrail-Fələsatin münaqişəsiniiki dövlətin mövcudluğu əsasında həllinə çağırıb ki, bu da İsrailin yeni hökumətini ona qarşı qoya bilər. Bu gün Tel Əvivdə çıxışı zamanı Roma Papası hər iki tərəfiməsələninədalətli şəkildə həlli yolundaəllərindən gələni etməyə çağırıb. O deyib ki, beləlikləbeynəlxalq miqyasda tanınmış sərhədlər daxilində insanlar öz vətənində yaşamaq imkanı əldə edə bilər. İsrailin yeni baş naziri Benyamin Natanyahu isə Fələstinin ayrı bir dövət kimi mövcudluğu barədə öhdəlik götürməməkdəisrar edir. Roma Papası İsrailə Müqəddəs yerlərə ziyarətininbir hissəsi olaraq gedib.

XS
SM
MD
LG