Accessibility links

Atlantis şatlı fəzaya qalxdı


Birləşmiş Ştatların Fəza və Aeronaftika agentliyi NASA Atlantis şatlınıfəzaya göndərib. Şatl fəzada Habl teleskopunu təmir etmək missiyasını yerinə yetirəcək.Atlantis Kennedi Fəza mərkəzindən fəzaya qalxıb.

NASA meteroloqları şatlın fəzaya göndərilməsi üçün hava şəraitinin yaxşı olacağını qabaqcadan proznozlaşdırmışdılar.

Şatlın yeddi nəfərdən ibarət ekipajı Habl teleskopunda yeni kameraların və aparatların yerləşdirilməsi üçün beş dəfə açıq kosmosa çıxacaq.Astronaftlar həmçinin sıradan çıxmış bəzi elmi cihazları da təmir etməyi planlaşdırırlar.Təmirlərdən sonra Hablın daha beş il funksiya göstərməsi nəzərdə tutulur.

Habl teleskopu fəzada 1990-cı ildə yerləşdirilmişdi.O, Yer kürəsinin atmosferinin yüksək qatlarında fəza cisimlərinin foto-şəkillərini çəkir. Yerdəki teleskoplar bu təsvirləri verə bilmir. cək.


XS
SM
MD
LG