Accessibility links

Sergey Lavrov ABŞ-la nüvə silahlarının ixtisarına dair razılığın yeniləşdiriləcəyinə dair nikbinliyini  ifadə edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-la dekabr ayında başa çatacaq nüvə silahlarının ixtisarına dair razılığın yeniləşdiriləcəyinə dair nikbinliyini bildirib. Vaşinqtonda Amerika rəsmiləri ilə görüşündən sonra vətəninə qayıdarkən nazir müxbirlərə deyib ki, Moskva yeni sazişə nüvə bombaları və raketləri daxil edilməklə, nüvə başlıqlarının ixtirasının da salınmasını istəyir. Rusiya və ABŞ-ın dövlət başçıları Dmitri Medvedev və Barak Obama cari ilin əvvəlində London sammiti zamanı sazişlə bağlı müzakirələrin bərpasına dair razılığa gəlmişdi. Müzakirələrin gələn həftə, may ayının 18-də Moskvada keçirilməsi planlaşdırılıb.

XS
SM
MD
LG