Accessibility links

Somalidə qarşıdurmalar davam edir


Somalidəki insan haqları qrupu məlumat verir ki, son 5 gündə Moqadişuda gedən döyüşlər əsnasında 123 adam həlak olmuş, 300 nəfər yaralanmışdır.Elman İnsan Haqları Təşkilatı bildirir ki, 17 000 adam Somali paytaxtında hökumət qüvvələri ilə anti-hökumət döyüşçüləri arasında cərəyan edən toqquşmalar üzündən evlərini tərk ediblər.Qrup rəqəmlərin qeyri-rəsmi olduğunu deyir.Bu gün döyüşlərin səngidiyi xəbər verilir, hərçənd ki, küçələrdə atəş səsləri eşidilməkdə davam edir.

XS
SM
MD
LG