Accessibility links

Moldova prezidenti Vladimir Voronin  parlament spikeri seçkilərində qələbə əldə edib


Hakimiyyət müddəti başa çatan Moldova prezidenti Vladimir Voronin parlament spikeri seçkilərində qələbə əldə edib. 2001-ci ildən prezident seçilən cənab Voronin üçüncü dönəm president seçkilərində iştirak edə bilməz.

Voroninin hakim Kommunist partiyasının 60 üzvünün hamısı prezidentə dəstək verib. Müxalifətin 41 üzvi səsverməni boykot edib. Vladimir Voronin yeni prezident seçilənədək hər iki vəfizəni icra edəcək. Bu gün cənab Voronin aprel ayı zorakı nümayişlərdən sonra müxalifət partiyalarını birliyə çağırıb.

Keçən ay baş qadıran etiraz aksiyaları zamanı parlament binası yandırılmış, 200 nəfər həbs edilmiş, polis işçiləri də daxil edilməklə, onlarla insan xəsarət almışdı.

XS
SM
MD
LG