Accessibility links

Roksana Saberi həbsxanadan çıxandan sonra ilk dəfə jurnalistlərlə danışıb


İranda azad edilmiş Amerika jurnalisti Roksana Saberi həbsxanadan çıxandan sonra müxbirlərlə danışıb. O hələlik heç bir planı olmadığını və vaxtını ailəsilə keçirmək istədiyini deyib. Tehranda danışan Saberi xoşbəxt olduğunu bildirib və ona kömək edən bütün insanlara təşəkkür edib. 32 yaşlı jurnalist yanvar ayında şərab alarkən həbs edilmişdi. Lakin sonradan ona qarşı casusluq ittihamları irəli sürülmüşdür. Saberinin vəkili apellasiya məhkəməsinə müraciət etmiş və məhkəmə onun həbs cəzasını 8 ildən 2 ilə endirmişdir. Roksana Saberi dünən Evin həbsxanasından azad edilmişdir. Onun atası Rza Saberi ailəsinin Birləşmiş Ştatlara qayıtmağa hazırlaşdığını deyib, lakin müddət göstərməyib.

XS
SM
MD
LG